Açar sözü: Azərbaycan İnvestisiya Şirkəti
“Report” "Euronews"a istinadən xəbər verir ki, videoda İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tərəfdaşlarla birgə həyata keçirdiyi müxtəlif layihələrə diqqət çəkilib.
İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC “yaşıl enerji” və “yaşıl layihə”ləri prioritet investisiya istiqamət kimi müəyyənləşdirib. “Report” xəbər verir ki, bunu AİŞ-in icraçı direktoru Ülvi Mansurov “Euronews”a müsahibəsində bildirib.
Sahibkarlığın İnkişafı Fondu” (SİF) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) əməkdaşları ixtisara salınmır və onlar fəaliyyətlərini Azərbaycan Biznesinin İnkişafı Fondunda davam etdirəcəklər. Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib.
İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC xarici və yerli tərəfdaşlarla birlikdə müxtəlif sektorları əhatə edən, ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dollara yaxın olan 24 layihəni təhlil edir. Bu barədə “Report”a nazirlikdən bildirilib.